“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB)
“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) ölkənin aparıcı nəşriyyat rəhbərlərinin iştirakı ilə 18 yanvar 2021-ci ildə nəşriyyat işlərini nizama salmaq, bu sahədə atılacaq addımların sistemli təşkilini həyata keçirmək məqsədi ilə təsis edilib. Hazırda “Azərbaycan Nəşriyyatları Assosiasiyası”nın 28 üzvü var. ANAİB ölkənin müxtəlif regionlarında kitab festivalları, sərgiləri, məktəblilərin mütaliəyə marağının artırılması üçün oxu marafonu, gənclərlə ədəbi mühit nümayəndələri arasında görüşlər təşkil edilməsi, nəşriyyatların birgə fəaliyyəti istiqamətində uğurlu addımlar atılmasına rəvac verib. Birlik nəşriyyat sistemimizin ölkə xaricində tanınması üçün əhəmiyyətli tədbirlər həyata keçirir. ANAİB bu cür tədbirlər nəticəsində dövlətçilik dəyərlərimizi kitab vasitəsilə çatdıraraq yerli kitabçılığın inkişafını lokal xarakterdən uzaqlaşdırmağı əsas prioritet kimi müəyyənləşdirib.
Panellər
Nəşriyyat menecmentliyi və kitab marketinqi
Redaktə və tərcümə problemləri
Müəllif hüquqları və beynəlxalq əməkdaşlıqlar
Tərtibat, dizayn və qrafika
Uşaq nəşrləri
Moderatorlar
Spikerlər
Təşkilatçılar
Tərəfdaşlar
Tədbirin keçiriləcəyi məkan / Əlaqə
26.04.2024
Bakı şəhəri, Hüseyn Cavid pr. 117 / AMEA Mərkəzi Elmi Kitabxanası